Göyçayda Debat proqramının nəticələri
Göyçay İnkişaf Mərkəzi" İctimai Birliyi (İB) Almaniya Xalq 
Universitetləri Birliyinin və "British Council"in maliyyə dəstəyi ilə 
Göyçay rayonunda reallaşdırdığı "Gənclərin sosial həyata inteqrasiya 
edilməsində imkanların artırılması" layihəsi çərçivəsində Göyçay Debat 
Proqramının yekun turniri keçirilmişdir. Dünən Göyçay şəhərindəki 1 nömrəli orta məktəbdə təşkil edilən 
turnirdə orta məktəblərin "Qarabağ", "Qələbə", "İnvisible", "Gənclər", 
"Gənclər α", "Zəka", "GSM", "Drakon", "Qartal", "Delta" və "Zirvə" 
komandaları iştirak etmişlər. 
"Uğurlu karyeranın qurulması düzgün 
ixtisas seçimindən asılıdır" mövzusu üzərində qurulan turnirdə şagirdlər
 araşdırma və təşkilatçılıq, dinləmək, qeyd aparmaq və fikir yürütmək, 
cəmiyyət qarşısında sərbəst çıxış etmək və natiqlik sənətini inkişaf 
etdirmək bacarıqlarını göstərmişlər. Finalda ən yaxşı nəticə göstərmiş 
şəhərdəki 2 nömrəli məktəbin "Zəka" komandası qalib olmuşdur. Komandaya "Göyçay İnkişaf Mərkəzi" İB-nin kubok və medalları verilmişdir. Sonda
 rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov, "Göyçay İnkişaf 
Mərkəzi" İB-nin sədri Əzizağa Atakişiyev, "Vətəndaş Cəmiyyətində Debat" 
İB-nin direktor müavini Seymur Hüseynov gənc debatçıları təbrik edərək 
onlara uğurlar arzulamışlar. Bütün komandaların üzvlərinə sertifikatlar təqdim olunmuşdur. Xatırladaq
 ki, Göyçay Debat Proqramı Gənclər və İdman Nazirliyinin, "İrəli" və 
"Vətəndaş Cəmiyyətində Debat" İB-lərinin dəstəyi ilə keçirilmişdir. 
Könül Aypara
                            
                            
                            











    
    































.jpg)
.jpg)
.jpg)
















































