İlham Əliyevin sərəncamına əsasən...

İlham Əliyevin sərəncamına əsasən...

26 May 2011 02:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə rəhbəri İlham Əliyev Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərində körpünün tikintisinə başlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sabirabad rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Könül Aypara