Ramil Usubovdan “vəhhabilərlə” bağlı göstəriş

Ramil Usubovdan “vəhhabilərlə” bağlı göstəriş

29 Yanvar 2014 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili işlər naziri Ramil Usubov radikal dini təriqətlərlə bağlı tapşırıq verib. Dünən DİN-də keçirilən kollegiya iclasında çıxış edən Ramil Usubov cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması, orqan və hissələrdə qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanılmalı olduğunu qeyd edib: "Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır".