Hacıqabulda qatar relsdən çıxdı: 6 ton taxıl yerə səpələndi

Hacıqabulda qatar relsdən çıxdı: 6 ton taxıl yerə səpələndi

29 Yanvar 2014 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 12.15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, ilkin məlumata görə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.