
Toyda sərxoşlar dava saldı:1 nəfər bıçaqlandı
Şəmkirdə toy mərasimində dava düşüb. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yeniabad kəndində baş verib.Kənd sakinin toy mərasimində iştirak edən Yeniabad sakini 1984-cü il təvəllüdlü Mehman Fətəliyev bıçaqlanaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Polis Şöbəsindən bildirilib ki, M.Fətəliyevi bıçaqlayan onun həmkəndlisi və həmyaşıdı olan Xəyal Həsənovdur. Hər iki şəxs toyda spirtli içki qəbul edərək sərxoş olublar. Onların zarafatlaşması əlbəyaxa davaya çevrilib və bıçaqlanma ilə nəticələnib.Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər xəbərlər