
Gecə Bərdədə zəlzələ olub: 3 bal
Bu gecə Azərbaycanın Bərdə şəhərində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yanvarın 29-da yerli vaxtla saat 02:36:57-də Bərdədən 22 km cənub-şərqdə - Bərdə-Ağdaş sərhədində qeydə alınıb.Yeraltı təkanın maqnitudası 3.10 bal, dərinliyi 32 km olub. Zəlzələ hiss olunmayıb.
Digər xəbərlər