Şirkət əməkdaşına cinayət işi açılıb

Şirkət əməkdaşına cinayət işi açılıb

28 Yanvar 2014 18:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda şirkət əməkdaşı barədə cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, "Ləzzət Qida Sənaye" MMC-nin Bakı şəhər anbar filialının əməkdaşının qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırma zamanı 2012-2013-cü illərdə cəmiyyətin Bakı şəhər anbar filialının satış təmsilçisi işləmiş Namiq Vəliyevin hesabında 37.0 min manat çatışmazlığın aşkar edilməsində əsaslı şübhələr olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.