79 yaşlı qadın yanaraq öldü

79 yaşlı qadın yanaraq öldü

28 Yanvar 2014 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı və aynabənddən ibarət kürsülü evin 1 otağında 1 ədəd divan yanıb. FHN saytının verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibi 1935-ci il təvəllüdlü Vəliyeva Şükufə Məhəmməd qızının cəsədi aşkar edilib. Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.