
Rusiyada axtarılan Azərbaycanda tutuldu
Rusiya Federasiyasında axtarışda olan şəxs Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Məsud Quliyev Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olub.
Digər xəbərlər