Türk həkim çalışdığı klinikada intihar edib

Türk həkim çalışdığı klinikada intihar edib

28 Yanvar 2014 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda türkiyəli həkim intihar edib.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün rayonun Həsən Əliyev küçəsi-116 ünvanında yerləşən "Medistyle" klinikasında qeydə alınıb. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Hakan Karadeniz qoluna sistem aparatının iynəsini sancaraq intihar edib.

Prokurorluqdan, həmçinin bildiriblər ki, H. Karadeniz ixtisasca anestezioloq olub. H. Karadenizin Türkiyədə mülk problemləri olduğu üçün intihar etdiyi ehtimal edilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb.