
Yeni Yasamalda hündürlükdən yıxılan kişi yerindəcə keçinib
Bu gün saat 09:30 radələrində Bakının Yasamal rayonunda bir kişi hündürlükdən yıxılıb. Rayon Polis İdarəsi 29-cu polis bölməsindən verilən məlumata görə, hadisə Yeni Yasamal, Kənar dairəvi yolda baş verib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hündürlükdən yıxılan şəxsin öldüyü bildirilir. Hələlik hadisənin nə səbəbdəb baş veriyi və təfərrüatlar barədə məlumat verilmir.Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hadisə haqqında əlavə məlumatlar veriləcək.
Digər xəbərlər