
Meyiti avtomobilindən tapıldı
Azərbaycanda avtomobildən meyit tapılıb. Zaqatala Rayon Polis Şöbəsindən verilə məlumata görə, hadisə bu gün Zaqatalanın Göyəm kəndində qeydə alınıb.
Rayonun Suvagil kənd sakini, 1951-ci il təvəllüdlü Tacəddin Nurullah oğlu Məmmədovun cəsədi özünə məxsus "VAZ-21011" markalı, "62-BB-829" dövlət nömrə nişanlı avtomobildə aşkarlanıb. Meyitin üzərində xəsarətlər aşkar edilməyib. Ölümün səbəblərini müəyyən etməkdən ötrü ekspertiza təyin edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Digər xəbərlər