Fəhlə restoranın damından yerə yıxıldı

Fəhlə restoranın damından yerə yıxıldı

27 Yanvar 2014 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai rayonu Məzahir Rüstəmov küçəsində bədbəxt hadisə baş verib. Paytaxt restoranlarından birində fasadın təmiri ilə məşğul olan fəhlə müvazinətini itirərək yıxılıb. Təxminən 4-5 metr hündürlükdən düşən işçi ağır bədən xəsarətləri alıb. Ətrafdakıların köməyi ilə zərərçəkən yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Hadisə şahidlərinin bildirdiyinə görə, işçi qəflətən yıxılaraq yerə dəyib və ağır xəsarət alıb. İlkin məlumatlara görə, fəhlə təhlükəsizlik qaydalarına riayət etməyib.