
Bakıda ağır qəza: 5 nəfər xəsarət aldı
Bakı şəhərində dəhşətli avtomobil qəzası baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, bu gün səhər saatlarında Azadlıq və Bakıxanov prospektlərinin kəsişməsində, Dostluq kinoteatrının qarşında iki minik avtomobili toqquşub.
"Ford" və "VAZ-2107" markalı minik avtomobilllərinin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə gələn Təcili Yardım maşınları avtomobillərin içərisində sıxışıb qalan 20-25 yaş arası xəsarət alan insanları Bakı Şəhər 1 saylı Kilniki Tibbi Mərkəzə aparıblar.
Xəsarət alanlardan ikisinin qadın, üçünün işə kişi olduğu bildirilir. Hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparılır.
Digər xəbərlər