Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları dəyişib

Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları dəyişib

27 Yanvar 2014 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edib.

İndiyə qədər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilib.Dəyişikliyə əsasən, bundan sonra doktoranturaya qəbul ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən müəyyən edilən müddətlərdə hər il keçiriləcək.