
Dəm qazından boğulan qadın reanimasiyaya yerləşdirilib
Bu gün səhər saatlarında Quba rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
1964-cü il təvəllüdlü Kəmalə Musayeva hamamda dəm qazından zəhərlənib. O, Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Xəstənin vəziyyətinin orta-sabit olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər