
Gözətçini bıçaqlayıb, sonra yandırıblarmış...
Bakı şəhərində yanmış meyiti tapılan gözətçinin üzərində bıçaq xəsarəti aşkar edilib. Mediainfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də saat 07.00 radələrində Bakının Nərimanov rayonunda, Ağa Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş verib. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb. Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Digər xəbərlər