Bu gündən etibarən hava dəyişəcək

Bu gündən etibarən hava dəyişəcək

25 Yanvar 2014 11:50
Bəyəndim (0) Bəyənmədim (0)
Rayonlara qar yağacaq

Bu gündən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi və yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, bu gün hava şəraitinin gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da isə əksər rayonlarda arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq.

Yaxın 2 gün ərzində havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi ehtimal olunur. Bu gün şimal küləyi arabir güclənəcək. Qeyri-sabit hava şəraitinin yanvarın 27-si səhərədək davam edəcəyi gözlənilir.