2 yaşlı körpə qaynar su ilə dolu qazana düşdü

2 yaşlı körpə qaynar su ilə dolu qazana düşdü

25 Yanvar 2014 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Xaçmazda bədbəxt hadisə baş verib.

Rayonun Uzunoba kəndində 2012-ci il təvəllüdlü Abdullayev Etibar Rəhman oğlu qaynar su ilə dolu qazana düşüb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, 2 yaşlı körpəyə başın, gövdənin, aşağı və yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Lakin körpə yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.