
Məhkumdan telefon götürülüb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən qanunsuz əşya aşkar edilərək götürülüb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Şirzad Azad oğlu Məmmədovun saxlandığı kameraya baxış keçirilərkən sanitar qovşağının hava borusunda gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Digər xəbərlər