Hərbi Dəniz Qüvvələrinin keçmiş giziri həbs edilib

Hərbi Dəniz Qüvvələrinin keçmiş giziri həbs edilib

24 Yanvar 2014 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələrinin daha hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib. Bu barədə Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin giziri olub.

Onun korrupsiya əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin məlumatlardan sonra E. Hacıyev ordudan tərxis edilib.