Lənkəran silkələndi
Azərbaycan səhəri zəlzələ xəbəri ilə açıb. Oxu meni.az saytının AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin internet saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar bu gün gecə saat 01.03-də Lənkəran şəhərindən 15 km şimal-qərbdə qeydə alınıb.
Mütəxəssislər qorxulu bir halın olmadığını bildiriblər.Zəlzələnin gücü episentrdə 12 ballıq cədvəl üzrə 3 bal, Lənkəranda 2.5 bal, Masallıda 2 bal gücündə hiss edilib. Zəlzələ ocağı 32 kilometr dərinlikdə olub. İnsan itkisi və dağıntı yoxdur.
Digər xəbərlər