Gözətçi yanan köşkünün içərisində can verdi

Gözətçi yanan köşkünün içərisində can verdi

24 Yanvar 2014 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda gözətçi yanaraq ölüb.

Mediainfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 4 kv.m olan daş konstruksiyalardan ibarət gözətçi köşkünün içərisindəki əşyalar yanıb.Yanğının kəşfiyyatı zamanı gözətçinin yanmış meyiti aşkar olunub.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.