Təmir işləri ilə əlaqədar Ceyranbatan və Nərimanov rayonunda qaz olmayacaq

Təmir işləri ilə əlaqədar Ceyranbatan və Nərimanov rayonunda qaz olmayacaq

24 Yanvar 2014 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar yanvarın 24-də saat 10:00-dan 15:00-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə, saat 10:00-dan 18:00-dək isə Bakının Nərimanov rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.