ATƏT nümayəndələri cəbhədə monitorinq zamanı ermənilər tərəfindən atəşə tutulub

ATƏT nümayəndələri cəbhədə monitorinq zamanı ermənilər tərəfindən atəşə tutulub

23 Yanvar 2014 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT nümayəndələri düşmən tərəfindən atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Hadisə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra baş verib. Ermənilər bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrini və monitorinq iştirakçılarını atəşə tutublar.