
Bakıda qəza: iki nəfər öldü
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. Biləsuvar rayon sakini Mehman Əhmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda hərəkət edən Cəlilabad rayon sakini Pərviz Ağayevin idarə etdiyi "İsuzu" markalı avtomobilə, sonradan yolun kənarındakı hasara çırpıb. Nəticədə M. Əhmədov və sərnişini - Biləsuvar rayon sakini Vüqar Abışov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Digər avtomobilin sürücüsü və sərnişinləri yüngül xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər