Homoseksual gənc fəal özünü öldürdü

Homoseksual gənc fəal özünü öldürdü

22 Yanvar 2014 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Gənc fəal İsa Şahmarlı özünü yaşadığı evdə özünü asaraq öldürüb. Bu barədə onun dostları xəbər veriblər. 21 yaşlı İsa Şahmarlı intihara əl atmazdan öncə facebook səhifəsində belə bir qeyd yazıb:

"Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil. Mən xoşbəxt olmağa gedirəm. İslam Səfərli küçəsi 59. Qapını açıq qoyuram. Anama da deyərsiz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Əlvida".

İ.Şahmarlının dostları onun bu statusunu oxuyandan sonra dərhal 112 xidmətinə xəbər versələr də gec olub. Haraya yetişənlər gənci öz otağında asılmış vəziyyətdə tapıblar. Onun həyatını xilas etmək mümkün olmayıb.