Bakıda ukraynalı vəkili zorlamaq istədilər

Bakıda ukraynalı vəkili zorlamaq istədilər

22 Yanvar 2014 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Ukraynadan gələn vəkili az qala zorlayacaqlarmış. Bu barədə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova məlumat verib. Onun sözlərinə görə, xanım vəkil bu barədə təşkilata şikayət edib.Bakıda tanınmış vəkillərdən olan bir hüquqşünas ukraynalı xanım həmkarı ilə konfransların birində tanış olub. Onu Bakıya dəvət edən B.C. xanım həmkarı C.V.-yə qonaqpərvərliyini nümayiş etdirmək adı ilə, onu paytaxtın gəzlməli yerlərinə aparıb.

"Bu hadisə ötən ilin yay ayında olub. C.V.-ni Novxanı çimərliyinə aparıb. Orada yaxşı qonaqlıq verib. Daha sonra onu otelə aparıb. B.C. oteldə xanım üçün yer ayırdığını deyib. Xanım həmkarını ora yerləşdirən B.C. qadınla cinsi əlaqədə olmaq istəyib. Qadın buna etiraz edib. B.C. qadını şantaj edib. Onun üçün xərc çəkdiyin deyib və onu bunun müqabilində cinsi əlaqəyə təhrik edib", - deyə Mətanət Əzizova bildirb.

Lakin C.V. hələlik cinsi əlaqəyə girə bilməyəcəyini deyib. Sabah görüşmələrini istəyib. B.C. onunla razılaşıb və oteldən gedib. C.V. elə həmin gecə əşyalarını da götürərək qaçıb. Səhəri Ukraynaya gedib. Lakin B.C. xanım həmkarından əl çəkməyib. Qadının işlədiyi şirkətə müraciət edib. Qadının onu aldatdığını və xərcə saldığını deyib. Qadının ailəsini narahat edib.

"C.V. bununla bağlı bizim mərkəzə müraciət edib. Biz məsələni araşdırırıq. Hadisənin nəticləri barə əlavə məlumatlar verəcəyik", - deyə M.Əzizova bildirib.