"099" üç piyadanı birdən vurdu

"099" üç piyadanı birdən vurdu

22 Yanvar 2014 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda avtomobil yolu keçən üç piyadanı vurub. Mediainfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 21-də saat 19 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsinin ərazisində qəsəbə sakini İzzət Qocayev idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən həmyerliləri Azad Osmanovu, azyaşlılar Aysel Abdullayevanı və Çingiz Abdullayevi vurub. A.Osmanov, A.Abdullayeva və Ç.Abdullayev xəstəxanaya yerləşdiriliblər.BDYPİ tərəfindən araşdırma aparılır.