
Yanvarın 23-nə olan hava proqnozunu bilmək istəyirsinizsa, oxuyun!
Bakı və Abşeron yarımadasında yanvarın 22-dən 23-nə keçən gecə bəzi yerlərdə çiskin, səhər saatlarında duman olacağı, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə havanın tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 7-12 dərəcə isti olacaq.
Yanvarın 23-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam Naxçıvan MR-də zəif qar yağacağı, Masallı-Lənkəran-Astara zonasında isə az yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.