19 yaşlı əsgərimiz özünü güllələdi

19 yaşlı əsgərimiz özünü güllələdi

22 Yanvar 2014 10:37
Bəyəndim (0) Bəyənmədim (0)
O, hospitaıla yerləşdirilib

Azərbaycan ordusunun hərbi qulluqçusu özünü güllələyib.

Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Xaqani Manaf oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəşlə yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Apa-ya faktı təsdiqləyiblər.Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, X. Hüseynov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.