Hacı Turan: "Mənə dəstək olduğunuz üçün sizlərə təşəkkürümü bildirirəm"

Hacı Turan: "Mənə dəstək olduğunuz üçün sizlərə təşəkkürümü bildirirəm"

22 Yanvar 2014 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Xərçəng xəstəliyindən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynovdan xəbər var. Almaniyada müalicə alan sevilən aparıcı şəxsi "Facebook" səhifəsində xəstəxanada çəkdirdiyi rəsmini paylaşaraq, ona dəstək verənlərə təşəkkürünü bildirib: "Hal-hazırda Almaniyanın Dusseldorf şəhərində yerləşən Uniklinikanın onkologiya şöbəsində müalicəmi davam etdirirəm. Hər gün çoxsaylı həmyerlilərimiz məni ziyarət edir, mənə mənəvi dəstək olurlar. Hamıya öz dərin təşəkkürümü bildirirəm. Xüsusən, Almaniya Azərbaycanlı Gənclər birliyinin rəhbəri, dostum-qardaşım Elnur Riçterə. Müalicəyə başladığım ilk anlardan yanımda olduğu üçün ona çox minnətdaram. Allah razı olsun."
Xatırladaq ki, Hacı Nuran "Xeyir körpüsü", "Vətənimdir Azərbaycan" verilişlərinin layihə rəhbəri və aparıcısı olub.

Allah şəfa versin!

Mediainfo.az