Nəyə görə Yasamalda su problemi yaşanır?

Nəyə görə Yasamalda su problemi yaşanır?

21 Yanvar 2014 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Bir neçə gündür Yasamal rayonunda davam edən su problemi həllini tapacaq".

"Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, problem Kür xəttində birləşmə işlərinin aparılması ilə əlaqədar yaranıb : ""Azərsu" ASC Bakı şəhərini 24 saat fasiləsiz su ilə təmin etmək istəyir. Ona görə də bu problemlər yaranır. Su fasilələrlə verilir. Sabah isə günortadan sonra adıçəkilən ərazidə suyun tam verilişi bərpa edilməlidir".