Türkiyə Jandarm Komandanlığı üzvləri Azərbaycandadır

Türkiyə Jandarm Komandanlığı üzvləri Azərbaycandadır

21 Yanvar 2014 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Türkiyə Jandarm Komandanlığının yüksəkrütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfər edib. Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Türkiyə Jandarm Komandanlığının Baş Kadrlar və Planlaşdırma-Prinsiplər idarələrinin zabitlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Türkiyə hərbçilərindən ibarət nümayəndə heyətinə Baş Kadralar və Prinsiplər idarələrinin rəhbəri polkovnik Bekir Üzel rəhbərlik edir. Verilən məlumata görə, nümayəndə heyətinin Azərbaycan səfəri 3 gün davam edəcək. Nümayəndə heyəti ilə Şahin Məmədovun görüşündə kardlar məsələləri müzakirə edilib. Nümayəndə heyəti ilə digər görüşlərin keçirilməsi də gözlənilir.