
General təqaüdə göndərildi
Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının rəisi vəzifəsindən azad olunub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə hospitalın rəisi Aydın Əsədov xidmətdə olmanın yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Məlumata görə, hazırda nazirliyin hospitalında rəisin vəzifəsini rəis müavini Ramiz Əkbərov icra edir. Hələ ki, rəis vəzifəsinə yeni rəsmi təyinat olmayıb.
Digər xəbərlər