Evindən 12 kiloqram tiryək tapıldı

Evindən 12 kiloqram tiryək tapıldı

17 Yanvar 2014 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Evindən külli miqdarda tiryək tapılan Goranboy rayon sakini saxlanıb. Apa-nın xəbərinə görə, Goranboyda mənzilində xeyli miqdarda narkotik vasitə olan tiryək aşkar edilən rayon sakini Qulu Mehdiyev Goranboy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, əməliyyatçılar Goranboyun Qarqucaq kənd sakini Q. Mehdiyevin evinə baxış keçirərkən oradan 12 kiloqram tiryək və müxtəlif tərkibli dərman preparatları aşkar edilərək götürsələr də, ev sahibini yaxalamaq mümkün olmamışdı. Onun hadisə yerindən qaçdığı bildirilib.

Q. Mehdiyevin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri görülürdü.