
Ucar və Zərdab rayonları bu gün qazsız qalıb
Ucar və Zərdab rayonlarına təbii qazın verilişində fasilə yaranıb.
Ucar rayon Qaz İstismar sahəsindən verilən məlumata görə, bu gün səhər saat 09:00 radələrində Ucar və Zərdab rayonunun qazla təmin olunan bütün yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılıb. Buna səbəb qazpaylayıcı stansiyaların yenidən qurulmasıdır.
V.Zamanov axşam saat 16:00-a kimi yenidənqurma işlərinin başa çatacağını və bundan sonra abonentlər fasiləsiz olaraq qazla təmin olunacağını bildirib.Qeyd edək ki, təkcə bu il ərzində Ucar və Zərdab rayonlarında təbii qazın verilişində ikinci dəfədir fasilə yaranıb.
Digər xəbərlər