
Sürücü piyadaları vuraraq, hadisə yerindən qaçdı
Şirvanda iki piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.
Şəhər Polis Şöbəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Polis Şöbəsinin qarşısında qeydə alınıb.Naməlum avtomobil yolu keçmək istəyən - 1974-cü il təvəllüdlü Mübariz Əlizamin oğlu Bağırovu və xalası oğlu 1991-ci il təvəllüdlü Əliyev Hüseyn İsmayıl oğlunu vurub. Hər iki şəxs ağır xəsarətlə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.Polis hazırda yol-nəqliyyat hadisəsi törədən şəxsin tapılması istiqamətində iş aparır.
Digər xəbərlər