Daha bir piyada yol qəzasının qurbanı oldu

Daha bir piyada yol qəzasının qurbanı oldu

16 Yanvar 2014 23:48
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda bu gün axşam saatlarında piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "KamAZ" markalı yük avtomobili divara çırpılıb və yol kənarında dayanan piyadanı vurub.

Xilasedicilər qəza nəticəsində avtomobilin təkərləri altında qalan vətəndaşın cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.