
Tələbə intihar etdi
Azərbaycan Texniki Universitetin tələbəsi intihar edib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Ziya Bünyadov prospekti, ev-5-in qarşısında qeydə alınıb.
1995-ci il təvəllüdlü Etibar Nazim oğlu İmamzadə özünü ağacdan asaraq intihar edib. Polisdən həmçinin bildiriblər ki, E. İmamzadə Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsidir.
Hazırda intiharın səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Digər xəbərlər