Xaçmazda narkotacir saxlanılıb

Xaçmazda narkotacir saxlanılıb

16 Yanvar 2014 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz satışı və qəbulu ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb. Xaçmaz RPŞ-dən Apa-nın yerli bürosuna verilən məlumata görə, Xaçmaz rayonu, Müqtədir qəsəbə sakini, 1988-ci il təvəllüdlü Siracov Elmar Nəcməddin oğlu qurudulmuş marixuananı satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarında artıq qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.