
Ağcabədidə beş mina, bir ədəd tank mərmisi tapılıb
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və "Dayaq" təşkilatı tərəfindən Ağcabədi rayonunda 5 ədəd mina və tank mərmisi tapılıb.
Əməliyyatlar zamanı tapılmış minalardan üçü TM-57, ikisi TM-62 markalı tank əleyhinə mina olub. Bundan başqa, müharibə dövründən qalmış 100 mm-lik bir ədəd tank mərmisi aşkarlanıb. Döyüş sursatları bu gün təhlükəsiz əraziyə aparılaraq partlayış yolu ilə zərərsizləşdiriləcək.
Digər xəbərlər