Hava tutulsa da, yağış yağmayacaq

Hava tutulsa da, yağış yağmayacaq

16 Yanvar 2014 12:15
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın havasından xəbəriniz olsun!

Yanvarın 17-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə,səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 1-5, gündüz 8-12 dərəcə isti olacaq.

Yanvarın 17-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort hissi yarada bilər.