Pedaqoji Kollecinin tələbəsi hamamda dəm qazından boğuldu

Pedaqoji Kollecinin tələbəsi hamamda dəm qazından boğuldu

16 Yanvar 2014 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xətai rayonu ərazisində gənc qız faciəvi şəkildə ölüb.

Rayon Polis İdarəsindən verilən məlumata görə, yanvarın 16-na keçən gecə A.Qurbanov küçəsi 25 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Aynur Süleymanlı hamam otağında dəm qazından boğulub. A.Süleymanlı saat 23 radələrində hamam otağına gedib. Bundan 5-6 saat sonra onun valideynləri oyanıb və qızı yerində tapmayıblar. Onlar hamama baxdıqda 21 yaşlı A.Süleymanlının artıq keçindiyini görüblər.Qeyd edək ki, A.Süleymanlı Bakı Sənaye Pedaqoji Kollecinin tələbəsi olub.Faktla bağlı araşdırma aparılır.