Maşın mağazaya girib, məktəbliləri "biçdi"

Maşın mağazaya girib, məktəbliləri "biçdi"

16 Yanvar 2014 10:30
Bəyəndim (0) Bəyənmədim (0)
10 yaşlı şagird öldü

Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb."VAZ 21-06" markalı, 10-KX-214 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Elxan Məmmədov idarəetməni itirərək maşını mağazaya çırpıb. Nəticədə mağazada olan orta məktəb şagirdi, 10 yaşlı Əlövsət Nadir oğlu Allahverdiyev ölüb. Digər şagirdlər - 13 yaşlı Vasif Əziz oğlu Bayramov və Ayxan Arif oğlu Naibov ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.