Moskvada Qurani-Kərimi yandıran tutulub

Moskvada Qurani-Kərimi yandıran tutulub

15 Yanvar 2014 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada Qurani-Kərimin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb. Apa – nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Tver vilayətində yaşayır. O, Moskva metropolitenində Qurani-Kərimin yandırılmasında və qeyri-slavyan görünüşlü sərnişinə hücum etməkdə şübhəli bilinir.

Əvvəllər oğurluq və quldurluq maddəsi ilə məhkumluq həyatı yaşamış 23 yaşlı gəncin həbsi ilə bağlı qərar 48 saat ərzində veriləcək.