Sabah əsl gəzməli hava olacaq

Sabah əsl gəzməli hava olacaq

15 Yanvar 2014 12:25
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur 13 dərəcə istiliyi göstərəcək

Yanvarın 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, gündüz 10-13 dərəcə isti olacaq.

Yanvarın 16-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.