“Daewoo Nexia” 77 yaşlı qadını xəstəxanalıq etdi

“Daewoo Nexia” 77 yaşlı qadını xəstəxanalıq etdi

15 Yanvar 2014 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində yolu keçmək istəyən 77 yaşlı qadını maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.Şəhər sakini, 1937-ci il təvəllüdlü Səriyyə Əsgərova yanvarın 14-də axşam saatlarında prospektdə yolu keçmək istəyərkən Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Daewoo Nexia" avtomobili tərəfindən vurulub. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda S. Əsgərovanın səhhətinin orta ağır olduğu bildirilir.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.