MN Mühafizə Alayının komandiri işdən çıxarılıb

MN Mühafizə Alayının komandiri işdən çıxarılıb

14 Yanvar 2014 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi sistemində yeni kadr dəyişikliyi olub. Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmri ilə Mühafizə Alayının komandiri, polkovnik-leytenant Sadiq Yəhyazadə tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə qərb bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri təyinat alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Apa -ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, sülhməramlı tabor da Mühafizə Alayının tərkibində yerləşir.