
Şüvələn-Zirə yolunda 3 avtomobil toqquşub: ölən var
Bakıda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Xəzər rayonunda, Şüvələn-Zirə şosesində qeydə alınıb. Bakı şəhər sakinləri 1976-cı il təvəllüdlü Rövşən Ağasəf oğlu Abbasovun idarə etdiyi "VAZ-2107" markalı, 1947-ci il təvəllüdlü Şirbala Mirbala oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı və 1977-ci il təvəllüdlü Əvəz Cabir oğlu Əliyevin idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.Nəticədə R. Abbasov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Digər xəbərlər